Əlaqə Arxiv
news Image
2012.09.26
17:24
| A A A
Yeni rekord qırdı - FOTO - VİDEO

Movqe.Az xəbər verir ki, Cənubi Koreyalı müğənni Park Jae-Sangın (PSY) bütün dünyada fenomen hesab edilən "Gangnam Style" adlı klipi internetdə izlənilmə rekordu qırıb.

Cənubi Koreyalı reper Park Jae-sangın (PSY) iyul ayında "YouTube"a yüklənən "Gangnam Style" adlı parçası internetdə izlənmə rekordu qırıb.

ABŞ-da fitness dərslərində rəqs musiqisi kimi dinlənilən parçanın klipi 2 ayda 280 milyon adam tərəfindən izlənilib.

"Guinness Rekordlar Kitabı" sözçülərindən biri rekordla əlaqədar şərh verərək PSY-nin istədiyi zaman gedərək "rekord qeydləri"ni ala biləcəyini açıqlayıb.

İngiltərənin "Daily Mail" qəzetinin xəbərinə görə PSY mahnısının yalnız ölkəsində məşhur olacağını düşündüyünü söyləyib.

Rəqs fiqurları və mimikalarıyla gənclər arasında fenomen olan sənətçi sözlərinə belə davam etdirib: "Mahnının dünya səviyyəsində bu qədər məşhur olması mənim üçün sürpriz oldu."

Məşhur rep müğənnisinin parçası Cənubi Koreyalı sərmayəçilərinə də müsbət də təsir edib.

PSY-nin atası Park Von-honun sahibi olduğu şirkətin birjadakı hissələrinə son iki ayda həddindən artıq tələbat olduğunu açıqlayıb.


Sizin Reklam Yeriniz