Əlaqə Arxiv
news Image
2012.09.27
15:30
| A A A
Məşhur mahnı Hadisəni məhkəməlik etdi

Mövqe.Az xəbər verir ki, yazar Deniz Erten, "Aşk Kaç Beden Giyer" mahnısının bütün hüquqlarını sahib olmadan istifadə edən Hadisəni məhkəməyə verib.

Deniz Erten, "Aşk Kaç Beden Giyer"i oxumaq üçün icazə almadan öz adına qeyd etdirən Hadisəni məhkəməyə verib və "Artıq onunla işləmərəm"deyib.

"Aşk Kaç Beden Giyer"mahnısı Hadisə ilə mahnının müəllifi Deniz Erten arasındakı bütün əlaqələri kəsib. Erten öncə təzə mahnısı "Parfüm" olmaqla, Hadisəyə təzə albomunda verməyi düşündüyü bütün mahnılarını geri götürüb. Erten bununla da kifayətlənməyib Hadisəni məhkəməyə verib. Erten Yaşananları belə izah edib.

"Mahnının adının serialda istifadə edilməsinə müsbət baxırdım. Çünki mənim işim bu deyil, mən hüquqçuyam. Mahnılarımın istifadə edilməsinə icazə verirəm. Serialın prodüsseri Seray Severini də çox sevirəm. Ancaq bu məsələdə məndən icazə almalarına gəldikdə isə Hadisənin mahnımın adını bir çox yerdə öz adına qeyd etdiyini öyrəndim. Bunu öncə dostluqla həll etmək istədim, amma olmadı. İstədiyim yol bu deyildi, amma hüquqi yola baş vurmaq məcburiyyətində qaldım. Bundan sonra Hadisə ilə işləməyim mümkün deyil. Köhnə işlərdəki münasibətimizi isə zaman göstərəcək".

Deniz Erten: ""Rota" adlı mahnımı Demet Akalın oxuyur, Murat Boz isə bir başqa mahnımı oxuyur. Hit mahnılar yazıram, amma iddialı deyiləm. Bu Allahın mənə bəxş etdiyi bir ilhamdır, mənə aiddir və mənə geri qaytarılması lazımdır".

Sizin Reklam Yeriniz