Əlaqə Arxiv
news Image
2012.04.13
19:22
| A A A
Demet Akalın bankirdir? – FOTO - (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, müğənni Demet Akalına reklam filmlərinə çəkilmək üçün təkliflər gəlir. Bir neçə dəqiqə əvvəl Türkiyədə jurnalistlərə açıqlama verən D.Akalın, 250 min Türkiyə lirəsi qarşılığında çimərlik geyimi firmasının 2012-ci ilin yaz kolleksiyasını tanıtdığını deyib. Firmanın menecerləri, D.Akalını1.5 milyondan çox insanların təqib etdiyini nəzərə alıb, məhz bu reklam çarxında çəkilməsi üçün müğənniyə təklif etdiklərini söyləyiblər.

Reklam üçün çəkilişlərin 8 saat davam etdiyini deyən D.Akalın, jurnalistlərə də təşəkkür edib: "Bütün mətbuat yazıb. Sağ olsunlar!", müğənni söyləyib.

Qeyd edək ki, Türkiyə mətbuatı D.Akalının bu günlərdə reklam filmləri ilə bağlı sözlərini yayımlayıb: "Mənə uyğun olan, onları özümlə apara biləcəyim çox əhəmiyyətlidir. Güvənmədiyim firmalarla əməkdaşlıq etmirəm. Keçən illər bir təklif gəlmişdi.Amma uyğun görmədim. Bu dəfəki müqavilələr uyğun idi. Layihələrimin davamı gələcək", D.Akalın deyib.

Fuad Mədətov





Sizin Reklam Yeriniz