Əlaqə Arxiv
news Image
2012.10.04
15:56
| A A A
Tanınmış aktrisa Tom Kruzla bağlı etiraf etdi
Avstraliyalı aktrisa Nikol Kidman son müsahibəsində keçmiş həyat yoldaşı Hollivudun məşhur aktyoru Tom Kruzla boşandığı dövrdə depressiyaya girdiyini və çətin günlər yaşadığını söyləyib. Movqe.Az bildirir ki, Hollivudun təcrübəli aktrisası Nikol Kidman məşhur bir jurnalın son sayına verdiyi müsahibəsində 1990-ci ildə evlənərək 11 il evli qaldığı keçmiş həyat yoldaşı aktyor Tom Kruzla ayrıldığı dövrdə depressiyaya girdiyini söyləyib. 23 yaşında Kruzla ailə həyatı quran Oskarlı aktrisa "Who" jurnalına verdiyi müsahibəsində bu sözləri deyib: "Evləndiyimiz vaxt çox gənc idik və hər şey çox sürətlə inkişaf etdi. Amma evləndiyim üçün peşman deyiləm. Çünki möhtəşəm bir evlilik dövrü keçirtdim və bu evlilikdən də  iki də uşağım dünyaya gəldi. Tomla münasibətimiz korlananda depressiyaya girdim və özümə gəlmək üçün əlimdən gələni etdim. Amma yenə də peşman deyiləm."

Xatırladaq ki, Kidman 2006-ci ildə "Grammy" mükafatlı müğənni Keit Urban ilə ailə həyatı qurub. Cütlüyün iki qızı var.

Sizin Reklam Yeriniz