Əlaqə Arxiv
news Image
2012.10.05
12:20
| A A A
Rihanna: “Azərbaycanda olmağımdan çox xoşbəxtəm”
"Bakı, mən burdayam və sizinləyəm. Bu, həqiqətən də çox gözəldir".

APA-nın məlumatına görə, bu sözləri ötən gün axşam Azərbaycanın paytaxtına gələn dünyaca məşhur müğənni Rihanna öz şəxsi twitter səhifəsində yazıb.

Rihanna "Azərbaycanda olmağımdan çox xoşbəxtəm" fikirlərini də buraya əlavə edib.

Qeyd edək ki, Rihanna sabah, yəni oktyabrın 6-da "Baku Crystal Hall" səhnəsində solo konsert proqramı ilə çıxış edəcək. Bu məqsədlə müğənninin 80 nəfərlik komandası və konsert üçün xüsusi avadanlıqları da Bakıya gətirilib.
 
Sizin Reklam Yeriniz