news Image
2012.10.10
15:30
| A A A
Riçard Gir restorandan qovuldu
Movqe.Az bildirir ki, Hollivudun məşhur aktyoru Riçard Gir, Nyi Yorkdakı "Long Island" adasında getdiyi restoranda qadın pərəstişkarlarının biri ilə daha rahat söhbət etmək üçün onun masasına oturub. Qadının həyat yoldaşı vəziyyətdən narahat olub və restoranda hadisə çıxararaq aktyordan oranı tərk etməyini istəyib. "New York Post" qəzetinin xəbərinə görə, 63 yaşlı aktyor restorana girdiyi vaxtdan etibarən qabaq masada oturan qadından gözlərini çəkməyib. Qəzetə müsahibə verən biri, menecerləri ilə oturduğu masadan qalxaraq qadının masasına keçən Girin qadının qulağına əyilərək danışmağa davam etdiyini söyləyib. Elə həmin anda qadının həyat yoldaşı gələrək Girdən kobud bir şəkildə oranı tərk etməsini istəyib. Menecerlərinin hadisədən sonra verdikləri açıqlamaya görə, o gün baş verən hadisələrin səhv başa düşülüb.