Əlaqə Arxiv
news Image
2015.10.02
16:24
| A A A
"Qınaqlardan çox qorxurdum"

Yumor ustası Fərda Xudaverdiyev "Xoxan 2" filimin təqdimat tarixini açıqlayıb.

Movqe.az-ın məlumatına görə, aktyor bu yaxınlarda işıq üzü görən "Gecə qonağı"ndan da bəhs edib:


"Kənana (rejissor Kənan M.M. - red.) çox təşəkkür edirəm ki, məni dramatik bir obrazda çəkdi. Heç kimdən tənqid eşitmədim. Ən çox mediadan çəkinirdim ki, üstümə gələr, qınayarlar. Amma hamı dedi, "Səndən gözləmirdik". "Oğlan evi" adlı yeni bir filmdə də çəkilmişəm. Çox güclü ekran işidir. İstədiyimiz ölkədə təqdim edə biləcəyimiz dərəcədə keyfiyyətlidir. "Xoxan 2"nin rejissor işləri gedir. Məkanlar seçilir. On gündən sonra çəkilişlər başlayacaq. Martda isə təqdim edəcəyik".


F.Xudaverdiyev son vaxtlar çəkilən filmlərin hamısının komediya janrında olmasına da münasibət bildirib:


"Kassanı düşünərək çəkirlər. Rejissorları qınamaq lazım deyil. Hər şey yoluna düşəcək. Bu rejissorların hamısı ələnəcək və ən yaxşıları qalacaq. İki-üç ilə tamaşaçı pisi yaxşıdan ayırd edə biləcək. Elə filmlərimiz ərsəyə gələcək ki, ən tənqidsevər jurnalistlər də deməyə söz tapmayacaq".


Sizin Reklam Yeriniz