Əlaqə Arxiv
news Image
2015.10.02
19:30
| A A A
“Baku Open-2015” beynəlxalq şahmat festivalı davam edir

Novxanı qəsəbəsində yerləşən AF Hoteldə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ənənəvi "Baku Open-2015" beynəlxalq şahmat festivalında ikinci turun görüşləri yekunlaşıb.Movqe.az Goal.az-a isitnadən məlumat  verir ki, bu turda "A" qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Talıb Babayev Hindistan təmsilçisi Aravind Cithambaram üzərində qələbə qazanıb. Rusiya şahmatçısı Vladimir Potkin Loğman Quliyevi məğlub edib. Ukraynalı Mikhaylo Oleksiyenko İran təmsilçisi Şahin Lorparizangenehlə xalları yarı bölüb. Təmsilçilərimiz Emil Mirzəyev və Nicat Abbasovun qarşılaşması da sülhlə nəticələnib. Hindistanlı Puranik Abhimanyu şahmatçımız Abdulla Qədimbəyli üzərində qələbə qazanıb. Nicat Ağayev isə İran şahmatçısı Amirezza Pourramezanalinin müqavimətini qıra bilməyib. Beləlikə, iki turdan sonra Talıb Babayev, Vladimir Potkin, Amirezza Pourramezanali, Papin Vasili və Puranik Abhinmayu hərəyə 2 xal toplayaraq turnir cədvəlinə liderlik edirlər. B qrupunda isə iki turdan sonra 32 şahmatçının aktivində 2 xal var. Yarışda Azərbaycanla yanaşı, 10 ölkədən 220-ə yaxin şahmatçı (22 beynəlxalq qrossmeyster, 17 beynəlxalq usta və 9 FİDE ustası ) qələbə uğrunda mübarizə aparır. "Baku Open-2015" beynəlxalq şahmat festivalı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Sizin Reklam Yeriniz