Əlaqə Arxiv
news Image
2015.10.07
00:00
| A A A
Floradan Nadirə cavab: "Utanmaq lazımdır"
Xalq artisti Flora Kərimova ilə müğənni Nadir Qafarzadə arasında qalmaqal daha da böyüyüb.

Movqe.az-ın məlumatına görə, F.Kərimova "ATV Maqazin" verilişində qarşı tərəfin ünvanına sərt sözlər deyib:


"Bir şeyi bağışlamayın: tərbiyəsizliyi, mədəniyyətsizliyi. Yerində oturtmağı bacarmalıyıq. Bu cür hərəkətlərdən utanmaq lazımdır".


Qeyd edək ki, F.Kərimovanın "Sənə çörəyi mən vermişəm" sözləri sənətçini özündən çıxarmışdı. N.Qafarzadə qarşı tərəfin ünvanına tənqidi sözlər işlədib:


"Flora xanıma hər zaman hörmətlə yanaşmışam. Amma bu o demək deyil ki, mənlə duet oxuduğunu başıma vurmalıdır. Hər dəfə müsahibəsində "Sənə çörəyi mən vermişəm" deyərək, məni pərt etməməlidir. Yetər artıq. İnsana çörəyi Allah yetirir. Bizlər sadəcə vasitəçiyik. Mən də bu həyatda saysız-hesabsız xeyriyyə işləri görmüşəm. İndi durub hamısını bir-bir deməliyəm? Mənim 44 yaşım var. Səbr kasam dolub. Bundan sonra barəmdə danışan olsa, layiqli cavablarını alacaqlar. Hələlik isə bəzi yaşlı nəslin nümayəndələrindən xahiş edirəm ki, biz cavanları rahat buraxın. Elə edin ki, hər zaman hörmətli olasınız".

Sizin Reklam Yeriniz