Əlaqə Arxiv
news Image
2015.10.12
12:00
| A A A
İlhamə Quliyeva vəsiyyət etdi - video

Xalq artisti İlhamə Quliyeva vəsiyyət edib.

Movqe.az-ın məlumatına görə, müğənni "Onlar" verilişinə açıqlamasında öləndən sonra onu qoz ağacından hazırlanan tabutda dəfn etmələrini istəyib:


"Bir arzum var, mən vəfat edəndə qoz ağacından tabut düzəltsinlər. İçərisini tüllə bəzəsinlər, məni ora qoysunlar. Qurd-quşdan qorxuram. Yaxınlarım, hamı qulaqlarını açıb vəsiyyətimi yaxşı eşitsin. Biz hamımız bu torpaqda qonağıq. Həyatın dəyişməsi gözlə-qaş arasındadır. Bizim nə qədər sənətkarımız son vaxtlar dünyasını dəyişdi".

İ.Quliyeva plastik əməliyyat etdirəcəyini də bildirib:


"İki ayağımdan üç dəfə əməliyyat keçirdim. İndi özümü super hiss edirəm. 4 ay Bakıda olmadım, efirlərə çıxmadım. Yaşa dolduqca insan kifirləşir. Amma mən yaşlandıqca lap yaxşı oluram, özümdən xoşum gəlir. Hətta deyirəm ki, mənim 35 yaşım var. Xanım 40-dan sonra təravətlənir. Əməliyyat etdirməmişəm, amma etdirəcəyəm. Piylərimi götüzdürəcəyəm".




Sizin Reklam Yeriniz