Əlaqə Arxiv
news Image
2015.10.13
17:00
| A A A
"Günaya Allahın salamını da verməyəcəm" - Təranə
Prodüser Təranə Səmədova müğənni Günay İbrahimli ilə yenidən işbirliyinə başlamaq istəyib.

Movqe.az-ın məlumatına görə, Axşam.az-a açıqlama verən prodüser xəbəri təsdiqləyib. O, bunun üçün sənətçiyə mesaj yazdığını da bildirib:


"Bu hadisə yayda olmuşdu. Günay prodüserindən ayrıldı, mən də heç kimlə işləmirdim. Bir gecə ona məktub yazdım ki, görüşək, üz-üzə danışaq. Orada tam qeyd etmədim ki, "Gəl birlikdə çalışaq". Səhər oyandım ki, yazdıqlarımı oxuyub, amma cavab verməyib. Mənə pis təsir etdi. Zəng vurdum deyim ki, "Heç olmasa hörmət xatirinə cavab yaz". Amma telefonuma da cavab vermədi. Özümə söz verdim ki, Günayı harda görsəm heç Allahın salamını da verməyəcəm. İşləmək istəmirdisə, ən azından yazardı ki, "Alınmaz, elə salam-sağolumuz qalsın". Günayı bu sənətdə bağçaya da, məktəbə də mən aparmışam. Əlindən tutub, hər şeyi öyrətmişəm. Sənətdəki ali təhsilini kimdən alıb artıq xəbərim yoxdur. Bu yaxınlarda İnstaqramda izlədiyi hamını sildi. Sonra bəzilərini geri qaytardı. Amma məni yox".


Qeyd edək ki, T.Səmədova və G.İbrahimli uzun müddət birlikdə çalışıb. Onlar 2013-cü ilin mayında işbirliklərinə son qoymuşdular.

Sizin Reklam Yeriniz