news Image
2012.10.16
18:25
| A A A
Boşanan qadınlar gənc kişiləri sevirlər
Movqe.Az bildirir ki, "Huffington Post" qəzeti, boşandıqdan sonra özlərindən gənc kişilərlə birlikdə olmağı üstün tutan tanınmış qadınların adını açıqlayıb.

43 yaşlı Cennifer Lopez Mark Entoni ilə ayrıldıqdan sonra rəqqası 25 yaşlı Kasper Smartla eşq yaşamağa başlayıb.

Beyzbol oyunçusu Devid Castis və R&B müğənnisi Erik Benetlə evlilikləri uğursuzluqla nəticələnən 46 yaşlı Halli Berri, maneken 36 yaşlı Qabriel Aubri ilə birlikdədir.

Sen Pennindən boşanan 54 yaşlı Madonna, özündən 10 yaş kiçik rejissor Qay Ritçiylə evlənib. Ritçidən boşanan Madonna, 25 yaşlı rəqqas Brahim Zaibatla birlikdədir.

49 yaşlı aktrisa Demi Murr Brus Uillisdən boşandıqdan sonra 34 yaşlı Eşton Kutçerlə evlənib.