Əlaqə Arxiv
news Image
2015.10.18
00:00
| A A A
"Dostlarımı şantaj etdilər" - Natavan

Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımova ilə münaqişəsı zamanı dostlarının ona dəstək olmamasının səbəbini açıqlayıb.

Movqe.az-ın məlumatına görə, sənətçi "MUZ TV"yə açıqlamasında qarşı tərəfin onun dostlarını şantaj etdiyini deyib:


"Mənim dostlarım bu məsələdə mənə qoşulmadı. Nə qədər güclü olduğumu anladım. Kimsə kimisə şantaj edib, o da qorxub, mənə dəstək olmayıb. Kiməsə nəyisə xatırladıb, onlarda geri çəkilib".


Qeyd edək ki, N. Həbibi A. Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə müraciət etmişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

Sizin Reklam Yeriniz