news Image
2012.10.18
15:34
| A A A
Gənc aktrisa ana oldu
26 yaşlı tanınmış aktrisa sirr kimi saxladığı doğumunu nəhayət açıqlayıb. Movqe.Az bildirir ki, Hollivudun məşhur aktrisası Meqan Foks, doğum xəbərini ilk dəfə "Facebook"da pərəstişkarlarıyla paylaşıb. Amerikalı aktrisa Meqan Foksun sentyabr ayında oğlan uşaq dünyaya gətirdiyi məlum olub. 26 yaşlı gənc aktrisa pərəstişkarlarına "27 sentyabrda oğulumuz Noah Şannon Qrin dünyaya gəldi. O çox sağlam, xoşbəxt və mükəmməl bir körpədir "mesajını paylaşıb. Megan Foks və Brayn Oustin Qrin cütlüyü 2010-cu ildə evlənib. Qrinin keçmiş həyat yoldaşından Kassius adlı bir oğlu da var. Cütlük,  Foksun hamiləliyini də sirr kimi saxlamışdı. O, Havai tətilində fotoqraflara poza verərək ilk dəfə rəsmi olaraq hamilə olduğunu pərəstişkarlarına bildirmişdir.