Əlaqə Arxiv
news Image
2015.10.22
19:00
| A A A
"Onun qədər sevilən olmadı" - Lalə Məmmədova
İTV-də yayımlanan "Antrakt" verilişinin növbəti qonağı əməkdar artist Lalə Məmmədova olub.  Axsham.az-ın məlumatına görə, aparıcılığını Kamran Quliyevin etdiyi proqramda müğənni dostluqdan danışıb:

"Mən dostluğa can atan deyiləm. Zaman, şərait bizə bunları qazandırır. Sənətdə rəqabət olduğu üçün, saf dostluq mümkünsüzdür. Amma mənim yaxın dostlarım var. Görüşəndə musiqidən danışırıq. Hərdən qeybət də edirik".

Mahnılarından danışan ifaçı bunları deyib:

"Məşhur olan mahnılarım var. Amma "Məktəb illəri" qədər tarixə düşən və sevilən olmadı. Bu bəstə sənətindən, statusundan, yaşından asılı olmayaraq, hamının qəlbinə yol tapıb. Bunun kimi ikinci bir mahnım yoxdur".

Qızları Nərgiz və Çinarədən söz açan L.Məmmədova "Övladlarım xasiyyətcə fərqlidir. Amma hər ikisi musiqini sevir" deyə, bildirib.

Qeyd edək ki, "Antrakt" verilişi həftənin çərşənbə axşamı saat 23:00-da İTV-də yayımlanır.
Sizin Reklam Yeriniz