Əlaqə Arxiv
news Image
2015.10.26
11:15
| A A A
Faiq Ağayevdən qaşını alması iddialarına cavab - video

Xalq artisti Faiq Ağayev imicini bəyənməyən həmkarlarına cavab verib.

Movqe.az-ın məlumatına görə, müğənni "Onlar"a açıqlamasında qaşlarını aldığı, sırğa taxdığı üçün onu qınayanlardan danışıb:


"1996-cı ildə saqqallı imicdə idim. İndi yenə də həmin görünüşümə qayıtmışam. Həyatdı da yaşayıram. Zövq də, dəb də illər sonra təkrarlanır. Öz üzündə, gözündə qüsur görməyən, başqasının qaşında tük axtarır. Hər hürənə cavab versən, yolu keçə bilməzsən. Qoy desinlər. Əsas məsələlərdə heç kim mənə irad tuta bilməz: vətənə, valideynə sevgi, sənətə münasibətdə. Mən nə "falş" oxumuşam, nə Azərbaycan incəsənətinə ziyan gətirəcək mövzulara mahnılarımda yer vermişəm. O danışanlar yox, sənətdə mən qalacam".


F.Ağayev səsində problem yarandığını, buna görə yeni mahnı təqdim etmədiyini bildirib:


"Bir az səsim imkan vermir, burnumda danışıram. Allergiya ilə bağlıdır, bir az müalicə alıb, sonra studiyaya girəcəm. Noyabrda yeni mahnı təqdim edəcəm".




Sizin Reklam Yeriniz