Əlaqə Arxiv
news Image
2015.10.27
10:15
| A A A
"Mihrimah Sultan"dan sonra ilk rolu məlum oldu

Aktrisa Pelin Karahan ana olduqdan sonra uzaqlaşdığı serial sektoruna geri dönür.

Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, qadın zorakılığı mövzusunda olan psixoloji serialın təklifini qəbul edib.

31 yaşlı aktrisa iki illik fasilədən sonra çəkiləcəyi ilk layihənin ssenarisini çoxlu təklif arasından seçdiyini, oxuduqdan sonra fərqli olduğu üçün bəyəndiyini deyərək baş rola razılıq verib.

Pelin baş rolu Yurdaer Okurla paylaşacaq. Ekran işinin rejissoru isə Tarkan Karlıdağ olacaq. Çəkilişlər yaxın günlərdə start götürəcək.


Qeyd edək ki, P.Karahan son olaraq "Möhtəşəm yüz il" serialında Mihrimah Sultan obrazını canlandırmışdı.






Sizin Reklam Yeriniz