Əlaqə Arxiv
news Image
2015.10.27
18:00
| A A A
Kıvanç Tatlıtuğu birinci kim təbrik etdi? - foto

Məşhur aktyor Kıvanç Tatlıtuğun döğum günüdür.

Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ona ilk hədiyyəni təmsil olunduğu menecerlik agentliyi edib. "Gaye Sökmen" agentliyində 32 yaşı olan aktyor üçün tort kəsilib.

Şirkətinrəsmi səhifəsində aktyoru təbrik edərək yazıblar:

"Bu günün ilk tortunu birlikdə kəsdik. Nə yaxşı ki, doğuldun. Nə yaxşı ki, varsan. Yeni yaşında bütün arzuların həyata keçsin".


Qeyd edək ki, K.Tatlıtuğun əsl peşəsi basketbolçudur. "Ülkərspor", "Beşiktaş", "Fənərbaxça" kimi klublarda oynayan Kıvanç məşqlərdən birində ayağını sındırdığından basketbolçu karyerasını yarımçıq qoymalı olur.

Aktyorun anası bir gün marketlərdən birində model axtarışı ilə bağlı elan gördükdən sonra oğlunun şəklini göndərir və onun həyatının dəyişməsinə səbəb olur. Ona edilən təklifləri dəyərləndirən aktyor 2002-ci ildə "Best Model of Turkey" daha sonra isə "Best Model of the World" seçilib. "Gümüş", "Menekşe ile Halil", "Aşkı-Memnu" serialları ilə daha da məşhurlaşır. Sonuncu serialdakı Behlül Hazinedar xarakteri ilə "Altın Kelebek" mükafatlandırma mərasimində "Ən yaxşı kişi aktyor" seçilib.


Sizin Reklam Yeriniz