Əlaqə Arxiv
news Image
2015.10.28
22:00
| A A A
Əməkdar artistdən özü ilə bağlı etiraf

Əməkdar artist Gülüstan Əliyeva özü ilə bağlı etiraflar edib.

Movqe.az-ın məlumatına görə, ifaçı "Yeri gəlmişkən" verilişində çox əsəbi olduğunu bildirib:


"Kənardan sakit biri kimi görünürəm. İnsanlara elə təsir bağışlayıram ki, heç hirslənmirəm. Amma yox, çox əsəbiyəm. Xoşuma gəlməyən nəsə olursa, özümdən çıxıram. Bu da mənə həm fiziki, həm də mənəvi ziyan vurur. Yaşadığımız həyat o qədər sürətlidir ki, stress keçirməmək mümkün deyil".


G.Əliyeva fobiyasından da danışıb:


"Gözüyumulu qalanda qorxuram. Kosmetoloqa gedirik, üzümüzə maskalar qoyurlar. Həmin an gözümü bağlamalarına icazə vermirəm. Bu fobiyanı özümdən uzaqlaşdıra bilmirəm".


Sizin Reklam Yeriniz