Əlaqə Arxiv
news Image
2015.10.31
23:00
| A A A
Tolik Natavanla barışdı: "Dava-dalaş nəyə lazımdır?"

Prodüser Tarix Əliyev (Tolik) müğənni Natavanla arasında olan söz-söhbətə son qoyub.


Movqe.az-ın məlumatına görə, Tolik sosial şəbəkədə yazıb:


"Bildiyiniz kimi bir neçə gündür, mən Azərbaycanda deyiləm. Qərib ölkədə aylardır, münasibətimiz anlaşılmaz olan Natavan Həbibi ilə görüşdük, danışdıq və bu söz-söhbətə son qoymaq qərarını verdik. Bir etiraf etmək istəyirəm ki, mən onun ailəsində aylardır, narahatlıq yaratmışam. Bizim barışığımızı kimlərsə nəyəsə yozmasın.


Deyim ki, məhkəmənin çıxardığı hökmə görə biz Natavanla barışmayacaqdıq. Ortada üzr istəmək məsələsi var idi. Barışığıız isə səmimi oldu. Bu açıqlama ilə nəyisə sübut etmirəm. Mənim əsəbdən ürəyim ağrımağa başlayıb. Mən həm özümə, həm də Natavanın anasına bu iki il ərzində əsəb, stress yaşatdığım üçün məsələninhəlli yolunu sülhdə tapdıq.


Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu barışıq nə Aygün xanıma görədir, nə də başqa bir adama görə... Bundan sonra kimlərinsə davasında adımın hallandırılmasına şərait yaratmayacağam. Sadəcə söz söhbət, dava-dalaş nəyə lazımdır? İnanıram k, həm Natavan Həbibini, həm də məni çox istəyənlər bu barışığı normal qəbul edəcəklər. Biz süni barışmadıq. Bunu təkar yazıram ki, əlavə suallar olmasın".


Xatırladaq ki, N.Həbibi Toliki şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, Aygün Kazımova, Tolik və Zöhrab Ağayev Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.

Sizin Reklam Yeriniz