Əlaqə Arxiv
news Image
2012.04.16
12:34
| A A A
“Eurovision-2012”nin açılışı SSRİ xalq artisti Zeynəb Xanlarova ilə - EKSKLÜZİV - FOTO
Açılış mərasimində daha nələr olacaq?

Movqe.Az xəbər portalının etibarlı mənbədən aldığı məlumata görə, "Eurovision-2012" mahnı müsabiqəsinin açılış mərasiminin ssenarisi məlumdur. Belə ki, ilk olaraq "Bakı Kristal Zalı"nın səhnəsinə Natiq Ritm qrupu çıxacaq və qrup Odlar Yurdunun milli ritmlərini müşayiət edəcək. Daha sonra "Alovlu" rəqs kompozisiyası nümayiş olunacaq.

Ən maraqlısı isə SSRİ xalq artisti, dünyaşöhrətli müğənni Zeynəb Xanlarovanın çıxışı olacaq. Xalq artisti "Yaşa Azərbaycan" mahnısını ifa edəcək. Məşhur müğənninin "Eurovision-2012" mahnı müsabiqəsinin açılış mərasimində çıxış etməsinə səbəb isə Azərbaycanı dünyada yaradıcılığı ilə təmsil edən şəxslərdən biri olmasıdır.

Qeyd edək ki, "Eurovision-2012"nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq.


Sizin Reklam Yeriniz