news Image
2012.04.16
12:33
| A A A
Bu gün eyni vaxtda, fərqli məkanda Azərbaycanlı müğənnilərin toyudur – FOTO


Bu gün müğənnilər Elxan Qaraxanoğlu və Yaşar Yusub subaylığın daşını atacaqlar. Movqe.Az xəbər portalının məlumatına görə, E.Qaraxanoğlunun toyu Biləcəri qəsəbəsində yerləşən "Ağ Saray" şadlıq sarayında olacaq. Müğənni bildirib ki, KİV-nin nümayəndələri toyuna təşrif buyura bilərlər. O, toyunu açıq şəkildə keçirir. Buna baxmayaraq, E.Qaraxanoğlu ailə quracağı xanımın adının mətbuatda yayımlanmasına qarşıdır.

E.Qaraxanoğludan fərqli olaraq, müğənni Rüstəm Zeynallının rəhbəri olduğu "Şeron" qrupunun keçmiş solisti, hazırda solo-karyerasını davam etdirən gənc bəstəkar-müğənni Yaşar Yusub isə toyunu maksimum gizli saxlamağa çalışır. Y.Yusub toyu haqqında KİV-ə məlumat verməkdən imtina edir və heç bir jurnalisti toyunda görmək istəmir. O, yalnız etibar etdiyi şəxsləri toyuna dəvət etdiyini bildirib.

Hər iki müğənniyə ailə səadəti və xoşbəxtlik arzu edirik!



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs