Əlaqə Arxiv
news Image
2012.04.16
19:20
| A A A
Roza Zərgərli “mələk” obrazında – FOTOSESSİYA – VİDEO
Müğənninin yuxusu çin olub


Bu gün müğənni Roza Zərgərli yeni klipini media mənsublarına təqdim etdi. Movqe.Az xəbər portalının məlumatına görə, sözləri Vahid Əzizə, musiqisi Kübra Məhərrəmovaya məxsus olan "Eşqimin köləsi" mahnısını rejissor Abbas Quliyev ekranlaşdırıb.

Klipdə əsas qəhrəmanı Roza Zərgərli özü, bəyaz geyimi ilə mələk obrazında canlandırıb. R.Zərgərli klipi yüksək qiymətləndirərək, klipin ona hədiyyə olunduğunu dedi. O da məlum oldu ki, klip müğənninin yuxuda gördüklərinə uyğun çəkilib: "Göründüyü kimi sanki bir yuxudur. Bəli, mən bu klipi məhz belə təsəvvür edirdim. Çünki yuxumda elə bu cür görmüşdüm. Olduqca rahat bir süjet xəttidir. Bəlkə də bu klip deyil, video çarxdır. Bu video çarx isə mənə komandam tərəfindən hədiyyə olunub. Başda rejissor Abbas Quliyev olmaqla hər kəsə təşəkkürümü bildirirəm".

Təqdimat zamanı R.Zərgərli mahnını 10 il əvvəl ifa etdiyini, hazırda isə yeni aranjemandan səsləndirdiyini dedi: "Mahnıya sahibləndiyim tam 10 il olar. O zamanlar buna klip də çəkilmişdi. Amma indi mahnıya ikinci nəfəs verdim. Fikrimcə, uğurlu alınıb. Ümumiyyətlə, bu mahnı mənim repertuarımda önəmli yer tutur".

Müğnni onu da qeyd etdi ki, klip Türkiyənin "Kral TV" televiziyasında pulsuz yayımlanıb.

Məlumat üçün bildirək ki, HD formatlı və kompüter qrafikası ilə zəngin olan klipin çəkilişləri yanvar ayında tamamlanıb. Klipinin təqdimatı müğənninin 27 mart tarixində olan ad günündə təqdim olunmalı idi. Ancaq ifaçının səfəri ilə bağlı təqdimat bu günə təyin olundu.

Fuad Mədətov







Sizin Reklam Yeriniz