news Image
2012.10.29
19:08
| A A A
Oxuduğu serenada hamını ağlatdı
Movqe.Az bildirir ki, ABŞ-lı müğənni Castin Timberleyk, toyu əsnasında həyat yoldaşı olacaq Cessika Bielə serenada oxuduğu açıqlanıb.19 oktyabrda ABŞ-lı aktrisa Cessika Biel ilə İtaliyada evlənən müğənni Castin Timberleyk toyun detallarını izah edib. "Hello" jurnalına danışan Timberleyk, həyat yoldaşı Cessica Bieliyə toy zamanı dizlərinin üstünə çökərək, serenada oxuduğunu, qonaqların mahnıdan təsirlənərək ağladığını da vurğulayıb. Toyda Tom Ford imzalı smokinq geyən 31 yaşlı Timberleyk, Bieli çəhrayı gəlinliyin içində gördüyü anı "bu günə qədər gördüyüm ən gözəl şey" olaraq qiymətləndirib. Timberleykin soyadını istifadə etdiyini açıqlayan Biel isə "Dünyada o xüsusi insanı tapmaq çox çətindir. Bir dəfə onu tapdığınız zaman sonuna qədər gedin. Belə bağlılıqlar çox xüsusidir."deyib. Məşhur müğənni toyunun İtaliyada olmasının səbəbini isə italyan yeməkləri olduğunu izah edib. Xatırladaq ki, cütlüyün yaxın dostlarının qatıldığı 100 nəfərlik mərasimin fotoşəkilləri 300 min dollara satılıb.