Əlaqə Arxiv
news Image
2012.11.02
16:30
| A A A
Boşanma xəbəri yalandır
Movqe.Az bildirir ki, Ayrı olduqları bilinən Eşton Kutçer və Demi Mur əlaqələrini rəsmi olaraq bitirmək niyyətində görünmürlər. TMZ-nin qaynaqlardan əldə etdiyi məlumatına görə, nə Eşton, nə də Demi boşanmaq istədiklərinə dair vəkillərinə heç bir məlumat verməyiblər. Bundan əlavə, TMZ cütlüyün gözlədiklərinin səbəbinin şəxsi mülk mübadiləsi məsələləri ilə əlaqədar olmadığını da açıqlayıb. Hətta alınan məlumatlara görə, cütlük bu məsələni aralarında heç müzakirə də etməyiblər. Onların evliliklərini bitirməyə bir səbəblərinin olduğu haqqında bir məlumat yoxdur. Xatırladaq ki, 6 il davam edən evliliklərindən sonra Eşton və Demi 2011-ci il noyabr ayı tarixində ayrıldıqlarını açıqlamışdılar.
Sizin Reklam Yeriniz