news Image
2012.04.17
12:59
| A A A
Elxan Qaraxanoğlunun toyu avtomobil tıxaclarına görə 2 saat gec başlayıb – FOTOSESSİYA
Məşhur sənətçilərin olmadığı toyda, səbəbkar razılığını bildirdi


Dünən müğənni Elxan Qaraxanoğlunun toyu oldu. Movqe.Az xəbər portalının məlumatına görə, E.Qaraxanoğlu çoxdan tanıdığı və sevdiyi Səbinə ilə ailə həyatı qurdu. Elxan və Səbinə cütlüyünün toyu maraqlı məqamlarla yadda qalan olub. Belə ki, toy məclisi, dəvətnaməyə görə, saat 18.00-da başlanmalı olsa da, nə az, nə çox - düz 2 saata yaxın gecikərək, 19.40-da başladı. Səbəb kimi isə şəhər küçələrindəki avtomobil tıxacları göstərildi.

Bəy ilə gəlin ənənəvi olaraq, "Vağzalı" sədaları altında mərasim zalına daxil oldular. Evlilik sənədini imzalayıb, Nikah haqqında Şəhadətnaməni qəbul edən cütlük daha sonra lirik bir mahnıya rəqs etdilər.

Toyda öyrəndik ki, "Abşeron" qrupunun müşayiəti ilə E.Qaraxanoğlunun dostuRəfiqə toyun həm aparıcısı, həm də ifaçısı idi.

E.Qaraxanoğlu Movqe.Az-a toy ilə bağlı təəssüratlarını bölüşdü: "Səbinə ilə 3 ilə yaxın müddətdir ki, nişanlıyıq. Bu gün toyda gördüyünüz qonaqların əksəriyyəti hər ikimizin yaxın dostları və qohumlarıdır. Biz hər şeydən razıyıq. Allah bütün subaylara toy qismət etsin!".

Onu da qeyd edək ki, qonaqların çox olduğu toyda demək olar ki, məşhur sənətçilər yox idi. Amma gənc müğənniElvin Abbasov, "Azəri Star" müsabiqəsinin iştirakıçısı Vahidə Zeynalova və Nüşabə Musayeva qonaq qismində toyda iştirak edirdilər.

Sonda isə bəy-gəlin "Vağzalı" sədaları altında toy məclisini tərk etdilər.

Xatıqladaq ki, Elxan, mahir muğam ifaçısı Qaraxan Behbudovun oğludur.

Fuad Mədətov


















FOTO: Fuad Mədətov

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs