news Image
2012.04.17
15:04
| A A A
Məşhur modeli xristian dindarları qəzəbləndirib – FOTO


ABŞ-ın məşhur modeli və aktrisası Keyt Aptonun, "The Three Stooges" (Üç çavuş dost) adlı filmdə geyindiyi paltar dindarları qəzəbləndirib. Movqe.Az xəbər verir ki, K.Apton geyindiyi (rahibə paltarlarının elementlərindən istifadə olunaraq, hazırlanan çimərlik paltarı) çimərlik paltarı dindarları hirsləndirib.

K.Apton, filmdə geyindiyi çimərlik geyimi ilə canlandırdığı "Rahibə Bernisi" obrazı onu izləyənlərin mənfi reaksiyasına səbəb olub. Dini hüquqlar üzrə Katolik Liqasının sözçüsü Bill Donhoun filmi hazırlayan şirkət "20th Century Fox"u tənqid edib: "1950-ci illərdə "Hollywood" dinə hörmət edərdi. İndi isə xristianlığı xüsusiylə, Katolikliyə yararlı olmayan, hörmətsiz şeylər edilir. "20th Century Fox" filmi şou verilişlərdə yumor anlayışına uyğun şəkildə çəkdirib", - B.Donhoun deyib.

Fuad Mədətov

Movqe.Az




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs