news Image
2012.04.17
16:33
| A A A
Rəhim Rəhimli kimə 4 min manata mahnı satıb?
Gənc müğənni yeni mahnısını virtual aləmə etibar edir


Gənc müğənni Elvin Abbasov Rəhim Rəhimlinin bəstəsini ifa edib. Movqe.Az xəbər portalının məlumatına görə, sözləri Elvinin özünə və musiqisi R.Rəhimliyə aid olan "Nağıllar" adlı mahnının aranjemanını da gənc ifaçı özü hazırlayıb. O, mahnıya klip də çəkdirməyi də düşünür.

E.Abbasovun Movqe.Az-a açıqlamasında, mahnını R.Rəhimlidən aldığı qiyməti gizli saxlamadı: "Ritmik mahnıdır. Bu, mahnıya klip çəkdirmək fikirimiz də var. Mahnını Rəhimdən 4 min manata almışam. Məncə, mahnı tutarlı olacaq. Hələ radio dalğalarında yayımlanmayıb. Ancaq sosial şəbəkədə yayımlayıram. Çünki virtual aləmdə dinləyici daha çoxdur və effektlidir", - E.Abbasov dedi.

Fuad Mədətov

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs