Əlaqə Arxiv
news Image
2012.11.06
17:00
| A A A
Dünya şöhrətli bəstəkar vəfat etdi
Movqe.Az bildirir ki, Qarışıq ritmli və ovsunlayıcı klassik musiqi bəstələriylə şöhrət qazanmış, 2 Pulitzer mükafatlı klassik musiqi bəstəkarı Eliot Karter vəfat edib. "Boosey and Hawkes" adlı musiqi studiasından verilən müsahibədə, məşhur bəstəkarın 103 yaşında dünyasını dəyişdiyi bildirilib. Amma, ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib. Xalq tərəfindən az tanınan bir bəstəkar olmasına baxmayaraq, musiqi dünyasının qabaqcıl musiqiçiləri və musiqi tənqidçiləri arasında çox hörmətli bir yeri olan Karter, ilk Pulitzer mükafatını "İkinci Yaylı çalğılar Kuarteti" adlı əsəri ilə 1960-cı ildə qazanıb. "Üçüncü Yaylı çalğılar Kuarteti" adlı əsəri ilə 1973-cü ildə ikinci dəfə Pulitzer mükafatını alan Karter, 1985-ci ildə də Amerika Milli Sənətlər Nişanına layiq görülüb.

ABŞ Konqresi tərəfindən 1984-cü ildə yaradılan bu nişanı ilk alan sənətçi olaraq tarixdə adı keçən Karter, beləcə Amerikan Milli Sənətlər Nişanına layiq görülən ən seçmə 10 amerikalı sənətçi arasında iştirak edib.

"New York Times" qəzetində 2002-ci ildə nəşr olunan yazıda, Karterin bəstələdiyi "yaylı çalğılar kuartetləri indiyə qədər düşünülmüş ən güclü musiqi kuartetləri arasında'' göstərilmiş və bu əsərlərdəki "dəyişən duyğu vəziyyətləri, həssaslıq və bəzi yerlərdəki cəsur yumoristik ünsürlər" təriflənmişdi.

Sizin Reklam Yeriniz