Əlaqə Arxiv
news Image
2012.11.07
16:45
| A A A
Lopez "Twitter"dan cavab verdi

Movqe.az xəbər verir ki, ABŞ-lı müğənni və aktrisa Cenifer Lopez Almaniyanın Dusseldorf şəhərində qaldığı oteldə istirahət edərkən otel qulluqçusunun ondan  imza istəmək üçün otağına gəldiyini öyrənib. Xidmətçinin istəyini rədd edən məşhur aktrisanın vəziyyəti rəhbərliyə bildirdiyi və növbəti gün işçinin işinə son verildiyi iddia edilib. İngilis "Daily Mail" qəzetinin xəbərinə görə iddialara "Twitter" üzərindən cavab verən Lopez son dərəcə kədərli olduğunu söyləyib. Lopez pərəstişkarlarına bu sözlərlə səslənib: "Məni daha yaxşı tanıdığınızı düşünürdüm. Mən kimsəni bir imza üzündən qovdurmamışam. Həmçinin bu mövzunu da "Twitter"dən öyrəndim"

Sizin Reklam Yeriniz