news Image
2012.11.12
16:30
| A A A
Məşhur rejissor vəfat etdi
Movqe.Az bildirir ki, Məşhur "Eşq Gəmisi" serialının rejissoru Henri Kolman 89 yaşında vəfat edib.

"Easy Does It" adlı əyləncə proqramının koordinatoru olaraq 1951-ci ildə televiziya dünyasına qatılan Kolman, "Kraft Television Theatre", "Robert Montgomery Presents" və "Colgate Comedy Hour" proqramlarında isə rejissor köməkçisi kimi işləyib. Televiziya rəhbəri olaraq "The Many Loves of Dobie Gillis", "Green Acres" və "Hawaii Five-O" çəkilişlərində vəzifə alan Kolman, 1970-ci illərin ən məşhur seriallarından biri olaraq tanınan "The Love Boat" (Eşq gəmisi) serialının rejissorluğunu boynuna götürüb. Kolman, 1980-ci illərdə "Hotel" serialına da rejissorluq edib.