Əlaqə Arxiv
news Image
2012.11.13
15:32
| A A A
Namiq Qaraçuxurlu toyunun tarixini açıqladı

Movqe.Az bildirir ki, Bu günlərdə 34 yaşını qeyd edən meyxanaçı Namiq Qaraçuxurlu subaylığın daşını atmaq qərarına gəlib. Xəzər TV-nin "Ay Zaur" verilişində qonaq olan meyxanaçı gələcək ailə həyatından söz açıb. Deyib ki, gələn ilin yay aylarında nikaha daxil olacaq. Bu qərarı valideynlərinin deyil, özünün istəyi ilə edəcək. "Düzdür, evlənməyimi ən çox valideynlərim istəyir. Amma onlar mənim sənət adamı olduğumu anlayıb, sərbəst buraxdılar. Seçimi özüm etmişəm. Mənim sənət həyatım var. Öz həyatımı mən daha yaxşı bilirəm. Ona görə də seçimdə sərbəstəm. Bu ilin əvvəlində valideynlərimə dedim ki, artıq qərar vermişəm, ailə quracağam. İndi ona doğru gedirik". Aparıcının suallarını cavablandıran N.Qaraçuxurlu gələcək həyat yoldaşının kimliyi ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.

Sizin Reklam Yeriniz