Əlaqə Arxiv
news Image
2012.11.13
15:50
| A A A
Hindulardan üzr istədi
Movqe.Az bildirir ki, Tanınmış firma "Victoria`s Secret", podiumda Amerika yerlilərinin başlığını istifadə etdiyi üçün üzr istəyib. "Victoria 's Secret"in keçən həftə Nyu Yorkda təşkil edilən illik nümayişində dünyaca məşhur model Karli Klossun taxdığı rəngli başlıq "Facebook"da təzyiqlərə səbəb olub. "Victoria's Secret"in səhifəsində yazılan bəzi şərhlər arasında, Klossun nümayişdə yerlilərə aid uzun bir başlığı taxdığı, bu vəziyyətin Amerika yerlilərinin mədəniyyət və tarixləri haqqında cəhalətinin göstəricisi olduğu ifadələri var idi. Göstərilən reaksiyalara görə "Victoria's Secret", yerlilərdən üzr istədiyini, gələn ay televiziyada göstəriləcək olan nümayişdə dəmin hissənin göstərilməyəcəyini açıqlayıb. Xatırladaq ki, Amerikanın yerli qəbilələrinin başçıları və döyüşçüləri tərəfindən taxılan quş tükü və döyüş başlıqları, cəsarətin və hörmətin simvoludur və bu başlıqlar qadınlar tərəfindən istifadə edilmir. Sentyabr ayında da, çanta və geyim markası  "Paul Frank" təşkil etdiyi hindu məzmunlu nümayişindən sonra yaranan reaksiyalara görə Hindulardan üzr istəyib.
Sizin Reklam Yeriniz