Əlaqə Arxiv
news Image
2012.04.19
15:57
| A A A
Ədalət Şükürovun “Eurovison”la bağlılığı nədir?
Əməkdar artist


Əməkdar artist Ədalət Şükürov "Eurovison – Baku 2012" mahnı müsabiqəsinin səsvermə məqamında Azərbaycanı ilk beşlikdə görür. Bu barədə Movqe.Az xəbər portalına əməkdar artist özü danışıb. Ə.Şükürov, ilk beşlikdə olan ölkələrin adlarını da açıqladı: "Bizim mahnımız ilk beşlikdə yer alacaq. Rusiya, Türkiyə və İngiltərə də bu sıraya daxildir. Mahnılar və seçim yaxşı olacaq. Şou baxımdan da bu ölkələrin iştirakçıların performansları tamaşaçılar tərəfindən qəbul olunacaq. Burada əsas səs deyil, əsas şounu təqdim etməkdir", - Ə.Şükürov dedi.

Əməkdar artist onu da qeyd etdi ki, Səbinə Babayevaya şəxsən olmasa da, dolayısıyla ona dəstək olduğunu bildirdi. Ə.Şükürov "Eurovison – Baku 2012" mahnı müsabiqəsinin hazırlıq prosesində hansısa məqama cavab verdiyini söylədi: "Bəlkə də şəxsən Səbinə Babayevaya yox, amma kiçicik də olsa, onun işlərində zəhmətim var desəm, yanılmaram. "Eurovision"nun hazırlıq prosesində hansısa məqama cavab verirəm. Bu, əsasən reklamla bağlıdır. Bunu da özünüz görəcəksiniz".

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz