news Image
2012.04.19
16:07
| A A A
İlahə: Vüqarla sadəcə dostuq - FOTO
Tanınmış teleaparıcı haqqında yazılanlarla bağlı danışıb


Teleaparıcı İlaha Nizamiqızı, keçmiş sevgilisi, müğənni Vüqar Bəxtiyarla barışmadığını deyib. Bu barədə Movqe.Az xəbər portalına teleaparıcı özü məlumat verib. İ.Nizamiqızı bildirib ki, Vüqarla sevgili yox, dostdurlar və bu dostluq münasibətlərini davam etdirirlər.

İ.Nizamiqızı, V.Bəxtiyarla birgə çəkdirdikləri şəkil haqqında yazılanları həm təkzib, həm də hadisəni belə izah edib: "Həmin görüntülər hər ikimizin çox yaxın dostu olan müğənni Yaşar Yusubun toyunda çəkilən şəkillərdi. Sadəcə olaraq, Vüqar Bəxtiyarla dost münasibətindəyik. Baxmayaraq ki, bir ailə kimi yaşamışıq, amma sonra bu münasibətlər pozuldu və biz dost olaraq qaldıq. Toya birlikdə getməyimiz isə belə olub: Vüqar mənə zəng etdi ki, Yaşarın toyunda olacaqsan? Dedim ki, olacağam. O da dedi ki, istəyirsənsə, gəlim səni də götürüm, bir yerdə gedək. Mən də ona qarşı gəlmədim. Biz düşmən deyilik. Hər bir sənətçi dostlarım kimi onunla da görüşürəm, danışıram, gəzirəm. Vüqarda bu gün onların sırasındadır. Burada heç bir barışıq münasibəti yoxdur. Əslində, biz heç küsməmişik ki, barışaq da... Bəli, biz görüşürük, dostuq, amma biz sevgili deyilik. Heç bir barışıqdan da söhbət gedə bilməz", - İ.Nizamiqızı dedi.

Teleaparıcı onu da qeyd etdi ki, aparıcı olduğu "Xit-parad" verilişindən ayrılıb və yeni telelayihə üzərində çalışır. O, hazırda nə ailə qurmaq, nə də keçmiş sevgilisi ilə barışmağı düşünmədiyini söylədi: "Hazırda sırf işimlə məşğulam. İndi verəcəyim məlumatı da ilk dəfə sizin sayta danışıram. Belə ki, rejissor Nail Naiboğlunun "Xit-parad" verilişindən ayrılmışam. Çünki yeni telelayihə üçün hazırlaşıaram. Prodüser Roland Bayramovun və Kamal Cenk İçtənin birgə məhsulu olan yeni veriliş hazırlanır. Hansı telekanalda yayımlanacağını sirr saxlayırıq. Bu, bir maqazin verilişi olacaq ki, burada da çox maraqlı rubrikalar var. Qaldı ki, Nail ilə münasibətimizə, biz onunla çox yaxın dostuq. Nail, ailəmizin ən çox sevdiyi insandır. Biz də onun ailəsini sevirik. Ona görə də, hazırda nə ailə qurmaq, nə də keçmiş sevgilimlə barışmağı belə, düşünmürəm. Ancaq işimlə məşğulam", - İ.Nizamiqızı bildirdi.

Qeyd edək ki, müğənni V.Bəxtiyar keçmiş "Qismət" qrupunun solisti olub və hazırda yaradıcılıq fəaliyyətini solo davam etdirir. V.Bəxtiyar ilə teleaparıcı İ.Nizamiqızı bir müddət sevgili münasibətində olmuşdular.

Fuad Mədətov

Movqe.Az






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs