news Image
2012.04.20
11:35
| A A A
Teleaparıcı İlkin Həsəni haqqında bilmədikləriniz – FOTOSESSİYA
O, içki şirkətlərinin birində marketinq direktorudur

Tanınmış teleaparıcı İlkin Həsəni aparıcılıq fəaliyyətindən başqa, marketinq sahəsində də çalışır. Bu barədə Movqe.Az xəbər portalına İ.Həsəni özü məlumat verib. O, bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən içki şirkətlərinin birində mareketinq direktorudur: "Hazırda aparıcılıq fəaliyyətimi davam etdirirəm. Bundan başqa, marketinq və reklam sahəsində də çalışram. Belə ki, dünyada məşhur olan enerji içkisinin Azərbaycan üzrə marketinq direktoruyam. Paralel olaraq, hər iki sahə üzrə çalışıram. Restoran, klub biznesi ilə müvəqqəti məşğul olmuram. Yalnız bu işlərlə məşğul oluram. Məsələn, DJ Fateh (radio aparıcı olub) bankların birində marketinq departamentində çalışır. Elə məşhur insanlar da var ki, sənətini atıb, marketinq sahəsində işləyir. Mən isə iki qarpızı bir əlimdə tutmuşam. Ola bilər ki, gələcəkdə öz şirkətimi qurum və şirkəti idarə edəcək təcrübəyə qadirəm. Gələcə üçün belə bir planlarım var", İ.Həsəni dedi.

Qeyd edək ki, Azərbaycan şou-biznesinin nümayəndələrinin əksəriyyəti ikinci iş kimi əsasən, restoran və klub işlədirlər.

Fuad Mədətov

Movqe.Az

















Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs