Əlaqə Arxiv
news Image
2016.05.02
12:52
| A A A
Azərbaycan "Eurovision"da kimə səs verəcək?

"Eurovision"nın rəsmi fan-klubu (OGAE) müxtəlif ölkələrdə keçirdiyi səsvermənin nəticələrini açıqlamağa davam edir.


Movqe.az-ın məlumatına görə, təşkilatın Azərbaycan nümayəndəliyi də nəticələrini elan edib. Belə ki, fan-klub üzvləri ən yüksək xalı - 12 balı "You are the only one" mahnısını ifa edən Rusiya təmsilçisi Sergey Lazarevə verib. Digər yerlər isə belədir:


Rusiya- 12 bal

Fransa- 10 bal

İtaliya - 8 bal

Avstraliya- 7 bal

Bolqarıstan – 6 bal

Avstriya – 5 bal

Almaniya-4 bal

Estoniya- 3 bal

Latviya - 2 bal

Serbiya – 1 bal


Qeyd edək ki, OGAE "Eurovision" müsabiqəsinin fan klub təşkilatıdır. Bu səsvermə final nəticələri haqda ilk təsəvvürü yaradır.


Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir. Ümumi səsvermədə Fransa, Rusiya, Avstraliya, Bolqarıstan, İtaliya liderdir. Azərbaycan isə Ermənistan və Gürcüstanı qabaqlamaqla 17-ci yeri tutur.

Sizin Reklam Yeriniz