news Image
2016.05.02
13:45
| A A A
Toylarında oxuyacaq müğənnilərin adları bəlli oldu - FOTO

Xəbər verdiyimiz kimi, 1,5 ildir birlikdə olan türkiyəli məşhurlar Sinem Koballa Kənan İmirzalıoğlunun mayın 14-də Cunda adasında toyu olacaq. 300 qonağın dəvət olunduğu mərasimdə Kobal rəfiqəsi Tuvana Büyükçınarən hazırladığı gəlinliyi geyinəcək, 12 may tarixində adaya gedəcək. İmirzalıoğlu və yaxın dostları isə mayın 13-də Kobala qatılacaq.


Cütlük qonaqları üçün üç otel bağlatdırıb. Qonaqlar Ayvalıkdan Cundaya xüsusi bəzənmiş gəmilərlə gələcək. Bəy toy üçün 800 min türk lirəsi xərcləyib.


bütün bu xərclərdən əlavə yeni xərc də ortaya çıxıb. Belə ki, Sinem Kobal salonda bəzənməkdən narahat olacağı üçün İstanbuldakı saç ustası ilə razılığa gələrək onu 15 nəfərlik işçisi ilə Cundaya dəvət edib. Bu razılaşma isə nə az, nə çox 10 min dollara baha-başa gəlib.


Uzun müddətdir gözlənilən toyda müğənnilərdən kimin səhnəyə çıxacağı müzakirə olunurdu. Artıq həmin şəxslər də məlum olub. Belə ki, bəy tərəfi ankaralı, gəlin tərəfi isə qaradənizli olduğu üçün toyda oxuyacaq müğənnilər də hər iki tərəfin istəyinə uyğun olaraq seçilib.


Qonaqlar toyda Qaradənizin Tarkanı olaraq bilinən Selçuk Balcı və Anadolu türklərinin sevilən sənətçisi İsmayıl Altunsarayın mahnılarını dinləyəcək.

qafqazinfo.az

Toylarında oxuyacaq müğənnilərin adları bəlli oldu - FOTO


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs