news Image
2016.05.02
16:26
| A A A
Almaz Ələsgərli "Amerikalı kürəkən"ini göstərdi

Azərbaycan Dövlət Musiqili Teatrı Ramiz Mirişlinin "Amerikalı kürəkən" iki hissəli musiqili komediyasını yeni quruluşda təqdim edib. 


Movqe.az axşam.az-a istinadən xəbər verir ki, teatrın mətbuat xidmətindən  verilən məlumata görə, tamaşanın quruluşçu-rejissoru xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamaldır. 


"Amerikalı kürəkən"in yeni quruluşunun diqqət çəkən məqamlarından biri də əməkdar artist Almaz Ələsgərlinin bu səhnə əsərində əsas qəhrəmanlardan birini – Tunzalə obrazını canlandırmasıdır. Tunzalə qızı Reyhanı varlı-pullu bir adama ərə vermək istəyir. Reyhanın isə öz sevdiyi var. Bu, kasıb ingilis dili müəllimi Kamrandır. Gənclər Tunzalə xanımın var-dövlət hərisliyinin onların qovuşmasına əngəl olduğunu görüb kələk qururlar. Məhz bu kələk nəticəsində hadisələrin axarı tamamilə dəyişərək gözlənilməz situasiyalarla zəngin olan bir məcraya yön alır.

 

Qeyd edək ki, Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsini bitirib. İlk dəfə tələbə ikən - 1985-ci ildə məhz Musiqili Teatrda səhnəyə çıxıb, Emin Sabitoğlu və Xalidə Hasilovanın "Nəğməli könül" əsərində baş qəhrəmanı – Könül obrazını canlandırıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs