Əlaqə Arxiv
news Image
2016.05.02
20:30
| A A A
Çeçenistan hələ belə toy görməmişdi

Çeçenistanda respublikanın ilk prezidenti Əhməd Xoca Kadırovun nəvəsi Həmzət Kadırovun toyu olub.kəndində keçirilib.Hamzat Kadırov Çeçenistan prezidenti Ramzan Kadırovun böyük qardaşı Zelimxan Kadırovun oğludur.Toyda onlarla Bentley, Rolls-Royce, Mercedes Gelandewagen və s. markalı çox bahalı, superlüks avtomobillər vardı.Çeçenistan prezidenti Ramzan Kadırov İnstagram-dakı profilində yazıb: "Böyük qardaşımın oğlu hafiz Həmzətin toyu oldu. Gəlinimiz İman Maqomadovadır. Sevincimizi qardaşlarım, Şimali Qafqaz regionlarının rəhbərləri, federal idarələrin rəhbərləri, Rusiyadan və başqa ölkələrdən qonaqlar bölüşdülər. Rusiyanın Şimali Qafqaz üzrə naziri Lev Kuznetsov da toyda idi. Toy çeçen xalq ənənələrinə əsasən keçirildi. Hər istəyən toyda iştirak edərək sevimli qonaq ola bilərdi".Toyda cıdır da təşkil olunub. Cıdırda Çeçenistan və Şimali Qafqaz respublikalarından 200-dən artıq çapar iştirak edib.Milli idman növləri üzrə yarışlar da keçirilib, qaliblərə avtomobillər və bahalı mükafatlar verilib.Toyda 2 mindən artıq qonağın iştirak etdiyi deyilir./milli.az/


 


Sizin Reklam Yeriniz