news Image
2016.05.05
10:35
| A A A
Rza Zərrabdan xəbər var

ABŞ-da həbs olunan cənubi azərbaycanlı iş adamı Rza Zərrabla bağlı xəbər var.  Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həyat yoldaşı, müğənni Ebru Gündeş və qızının gözü qabağında polislər tərəfindən saxlanılan Rza üçün təzminat ödənilməsi gecikib.  Nyu-Yorkun Manhetten səmtindəki Metropolitan həbsxanasında olan Zərrabın vəkili Benjamin Brafman aprelin 27-də baş tutan məhkəmədə müvəkkilinin təzminat qarşılığında azadlığa çıxması üçün 10 gün ərzində məhkəməyə müraciət edəcəklərini demişdilər. Lakin hələ də bu müraciətin edilmədiyi öyrənilib.Vəkil geciksələr də, qarşıdakı həftələrdə belə bir tələblə məhkəməyə gedəcəklərini bildirib. Qeyd edək ki, ilk məhkəmədə Rza Zərrab vəkili Brafman vasitəsilə ona qarşı olan ittihamları qəbul etməmiş və günahsız olduğunu demişdi. Növbəti məhkəmə isə iyunun 16-da baş tutacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs