news Image
2016.05.05
11:05
| A A A
Azərbaycanlı müğənninin oğlu qəzada öldü

Gürcüstanda azərbaycanlı gəncin idarə etdiyi avtomobil aşıb. Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Tetriskaro (Ağbulaq) rayonu ərazisində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, "Volkswagen Passat" markalı avtomobilin sürücüsü, Marneuli rayonunun Daştəpə kənd sakini, 27 yaşlı Orxan Vəkil oğlu Əliyev içkili olub. Qəza nəticəsində sürücü və sərnişin, Tetriskaro rayonunun Dunik kənd sakini, 23 yaşlı Larisa Talıbova hadisə yerində ölüb. Qeyd edək ki, O.Əliyev Borçalıda tanınan müğənni Vəkil Borçalının oğludur.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs