Əlaqə Arxiv
news Image
2016.05.06
12:22
| A A A
Fərdanın +16 konserti baş tutdu

Yumor ustası Fərda Xudaverdiyevin "Selfinaz" adlı stand-up şousu baş tutub. 


Movqe.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan konsert bir-birindən maraqlı anlarla yadda qalıb. Sənət aləminin tanınmış simaları da aktyoru həmin gün tək qoymayıb.


Çıxışından bəhs edən F.Xudaverdiyev iddialı danışıb:


"İki ildir bu "stand-up"ı  hazırlayıram. Bir neçə şirkətə müraciət etdim ki, konserti reallaşdırmaq üçün dəstək olsunlar. Nəhayət, "Artlemma" şirkəti mənə dəstək oldu. Konsertim +16-dır. Filmlərdə belə məqamlara baxıb gülürük. Bu dəfə sizi Fərda güldürdü. Ən asandını etdim. Qınaq  obyekti olmaqdan da qorxmuram. Bundan əvvəl "Gecə qonağı" filminin də qınanılacağını bilirdim, amma razılaşdım. Əgər müasirlikdən danışırıqsa, bunun addımlarını da atmalıyıq".

 

F.Xudaverdiyev konsertə verdiyi "Selfinaz" adının mənasını açıqlayıb:


"Sırf sosial şəbəkələrlə bağlı böyük səhnəm olduğu üçün "Selfinaz" qoydum. Bu, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bilirəm ki, dekorasiyanın Cem Yılmazınkına bənzədiyini deyənlər olacaq. Bunu da bilərəkdən etmişəm. Hər kəs bir gün stand-up sevəcək, bunu bacaracağıma inanıram. "Aşkı-memnu"da Behlüllə Bihterin öpüşməsini üç mövsüm qəbul edən tamaşaçımız, bunu da qəbul etməlidir".axşam.az

Sizin Reklam Yeriniz