Əlaqə Arxiv
news Image
2016.05.06
15:15
| A A A
Kənan MM söz verdi: "Bu dəfə sizi ..."

Rejissor Kənan M.M sonuncu dəfə təqdim etdiyi "Qayıdış" filmindən sonra komediya janrında film çəkir. Movqe.az xəbər verir ki, Kənan MM bildirib ki, elə bir film çəkəcək ki, bu dəfə hamı güləcək. Rejissor yeni filminin adının "Ağ ət" olduğunu big.az-a açıqlayıb:"Komediya mənim tərzim olmasa da, amma işimin ayrılmaz bir tərəfi olduğu üçün komediya janrını seçdim. "Qayıdış" filmini çəkməyə başlayanda bir söz demişdim: insanlar ağlamasa, mən bu sənəti ataram. İndi də deyirəm, insanlar gülməsə, mən bu sənəti ataram. Əslində, "Qayıdış" filmindən sonra Azərbaycan tamaşaçısı məni sındırdı. Anladım ki, bu millətə dram elə də lazım deyil. Amma bu məni o qədər də incitmədi. Mənə dram lazımdır. Deyirlər ki, heyf deyilmi köhnə kinolarımız. Onda niyə köhnə yemək yeyib, köhnə paltar geyinmirsiniz? İnsanlar bilmir ki, köhnə filmlərimiz zamanında qəbul olunmayan filmlərdir. Eldar Quliyevin "Bir cənub şəhərində" filmi 27 il efirə buraxılmadı".

Sizin Reklam Yeriniz