news Image
2016.05.07
19:00
| A A A
"Orxanı həbsdən Ağadadaş Ağayev qurtarıb" - Əli Mirəliyevdən yeni iddia

"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Orxanın öz işi məhkəmədədir. Bəs Vüqar Bəkirov, Mehriban Hüseynova niyə həbsxanadadır?".


Movqe.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında müğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onu məhkəməyə verəcəyi haqda sözlərinə cavab verərkən səsləndirib. Mirəliyev bildirib ki, sonuncu dəfə Orxan Nadirovun azad olunması üçün İlhamə Quliyeva həmkarı Ağadadaş Ağayevdən xahiş edib:


"Bu adam İlhamə xanımla hansı deputatın, məmurun evinə gedibsə, hamı elə bilib ki, bu, oğludur. Ona görə inanıblar. Axırıncı dəfə Orxanla Vüqarı Binəqədi polisi saxlayanda bildiyimə görə İmişlidən kiməsə pul atmışdılar. Rəhmətlik zəng vurub Ağadadaş Ağayevə deyib ki, onların azad olunmasına kömək etsin. Ağadadaş da zəng vurub buraxdırıb. Bu adam peşəkar dələduzdur, uşaqlığında İlhamənin evindən nə qədər şeylər oğurlayıb. Hamısını özü mənə danışırdı. Heç yerdə işləmir, hardan qazanır, hardan xərcləyir".


Xatırladaq ki, Orxan Nadirov mətbuata açıqlamasında Əli Mirəliyevi məhkəməyə verəcəyini bildirmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs