Əlaqə Arxiv
news Image
2016.05.08
21:00
| A A A
Toyun bütün dizaynı Pınarın istəyi ilə quruldu - fotolar

Almaniyada özünə təmtəraqlı toy edən türkiyəli müğənni Tarkanın toyu ilə bağlı maraqlı xəbərlər yayılmağa davam edir. 


Movqe.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ifaçı əvvəlcə İstanbulda Pınar Dilek adlı xanımla rəsmi nikaha girib. 


Cütlüyün Almaniyada Flora adlı məkanda baş tutan toyunun dekorasiyası məşhur şirkətlərdən birinə həvalə edilib. Bütün salon Pınarın sevdiyi rəng olan bənövşəyi ilə bəzədilib. Tortun üzərinə qoyulan çiçəklərdən qonaqların əyləşdiyi masalara da düzülüb. 


Toydan sonra qonaqların da qaldığı otelə gedən cütlük səhər ailə ilə birlikdə yemək yeyib. Tarkan və Pınar cütlüyü Almaniyada olduğu müddətdə Kölndə Alzey qəsəbəsində yaşayacaq. Müğənni iki il əvvəl bu qəsəbədə özünə ev alıb. Konsertlərin çox olmasına görə Tarkan bal ayını iyuna qədər təxirə salıb.



 

Sizin Reklam Yeriniz