Halit Ergenç yeni serialı üçün 5 kiloqram arıqladı
Türkiyəli aktyor Halit Ergenç sentyabrda yayımlanacaq serialı üçün hazırlıqlara başlayıb.
Movqe.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, "Vatan haini" adlanacaq ekran işinə görə aktyor 5 kiloqram arıqlayıb. Halit serial başlayana qədər hələ bir neçə kiloqram da çəki atacağanı bildirib.
O, burada evli və iki uşaq atası olan Cevat adlı əsgəri canlandıracaq.