news Image
2016.05.09
19:00
| A A A
Acun uzaqlaşdırdığı adı "Survivor"a qaytarır - foto

Keçmiş "Survivor" yarışması Nihat Doğan gələn il keçiriləcək "Survivor Best Stars" layihəsində iştirak edə bilər.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "3 adam" verilişində "Survivor-a dönüb Paskal Numayla yarımçıq qalan oyunumu bitirmək istəyərdim" deyən ifaçı daha sonra sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.


Bir izləyicisinin tvitini paylaşan Nihat onun "Survivor"da iştirakıyla bağlı yazdıqlarına gülərək reaksiya verib.


Qeyd edək ki, keçən il "Survivor All Stars" yarışmasına daxil olan, lakin Türkiyədə zorlanaraq öldürülən Özgecan Aslanla bağlı yazdıqlarına görə tənqid olunan N.Doğan layihənin rəhbəri Acun İlıcalı tərəfindən yarışma başlamadan uzaqlaşdırılmışdı. İndi onun yenidən Acunun rəhbəri olduğu telekanalda görünməsi də səsləndirilən iddiaları gücləndirir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs