news Image
2016.05.11
12:52
| A A A
Nigar Camalın “avropalı agent” sevdası – FOTO

Bu günlərdə tədbirlərin birinə qatılan "Eurovision 2011" Mahnı Müsabiqəsinin qalibi, müğənni Nigar Camal izləyənlərin diqqətini çəkib. 


Belə ki, müğənni tədbir zamanı kitab oxumasıyla fotokameraya tuş gəlib. Nigardan oxuduğu kitabla bağlı soruşduqda, o, maraqlı detektiv əsər oxuduğunu bildirib.


Təqdim etdiyimiz şəkillərdən də göründüyü kimi N.Camal, yazıçı Əlvənd Mehmanın qələmə aldığı "Avropalı agent: Kod 152" adlı əsərinə maraq göstərib.


Məlumat üçün bildirək ki, kitab gerçək faktlara söykənib. Kitabda avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından bəhs olunub. Eyni zamanda, kitabda Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq polislə kriminal aləmin birgə əməliyyatı da vurğulanıb.


Onu da əlavə edək ki, kitabda itmiş Arran dövləti bu tarixin itirilməsində Vatikan və digər Avropa dövlətinin maraqları, Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla Həmdünyam kəndində görüşünün sirləri öz əskini tapıb.


Qeyd edək ki, kitabla bağlı tanınmış ictimai xadimlərlə yanaşı hərbiçi Ramil Səfərov da öz müsbət təəssüratlarını bölüşüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs