Əlaqə Arxiv
news Image
2016.05.13
17:50
| A A A
Abbas küsülü olduğu xalq artistini təriflədi

Əməkdar artist Abbas Bağırov küsülü olduğu xalq artisti Brilliant Dadaşova haqqında danışıb.


Movqe.az-ın məlumatına görə, müğənni "10-dan sonra" verilişində B.Dadaşovanın "Bayatılar" mahnısını çox bəyəndiyini bildirib:


"Kim oxusa da, Brilliant xanımda gözəl alınıb. Uşaqlıqdan bu mahnı başlayanda gözləyirik ki, oradan Brilliant xanımın səsi gəlsin. Çox gözəl oxuyub. Onu başqa adamın ifasında qəbul etmirik".


Qeyd edək ki, A.Bağırovla B.Dadaşova arasında qalmaqal "Aləm gözəl" mahnısı üstündə yaşanmışdı. B.Dadaşova bəstənin ilk onun üçün yazıldığını, A.Bağırovun oğurluq etdiyini bildirmişdi.

Sizin Reklam Yeriniz